Fatih Terim küsdü - SƏBƏB

16 Dekabr 2019 10:16 (UTC+04:00)

"Ankaragücü" bərabərliyindən sonra soyunma otağına girməyən Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim dünənki məşqdə heç kimlə ünsiyyət yaratmayıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, "Ankaragücü" matçından sonra mətbuat toplantısnda “Yaraşmadı bizə. Bir qüsur varsa, günahı məndədir” deyən Fatih Terim futbolçularını danışdırmayıb.

Yanvar ayından qəti qərarla ilk olaraq Nzonziyi klubdan uzaqlaşdıran təcrübəli məşqçinin komandası sabah "Tuzlaspor" ilə oynayacaq.

Səidə Vahid

AzNews.az