50 yaşlı kişi bağlı qapı arxasında ölüb

16 Dekabr 2019 10:34 (UTC+04:00)

Bakı şəhər sakini bağlı qapı arxasında dünyasını dəyişib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri gəlib. Onlar mənzilin giriş qapısını açanda 1970-ci il təvəllüdlü Şahverdiyev Anar Arif oğlunu ölmüş vəziyyətdə görüblər.

Bahar

AzNews.az