Narkotik satanlara qarşı əməliyyat: 103 nəfər saxlanıldı

16 Dekabr 2019 11:22 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərinin bir çox ərazisində narkotik vasitə satanlara qarşı əməliyyatlar aparılıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, İstanbul polisinin Özəl hərəkat polisləri ilə birgə həyata keçirdiyi əməliyyat zamanı 103 şübhəli saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bəzi ünvanlara daxil olmaq üçün qapıları qırmalı olublar.

11 ərazidə yerləşən 115 ünvanda aparılan reydlər zamanı çox sayda narkotik vasitə, tapanca və mərminin ələ keçirildiyi bildirilib.

Saxlanılan şəxslər polis idarəsinə aparılıb.

Səidə Vahid

AzNews.az