Lökbatanda Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.
AzNews.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə 3 Təcili Yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər.
Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.
Bahar RÜSTƏMLİ
AzNews.az