Bu məlumatları polisə verənlər nazirlikdən pul alacaq

16 Dekabr 2019 11:23 (UTC+04:00)

Azərbaycanda axtarışda olan şəxslərin tapılmasında polisə kömək edən vətəndaşlara mükafatlar nəzərdə tutulub.

Bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar aidiyyatı üzrə polis orqanları rəislərinin təqdimatına uyğun olaraq DİN rəhbərliyi tərəfindən mükafatlandırıla və ya rəğbətləndirilə bilərlər:

"DİN rəhbərliyi vətəndaş-polis münasibətlərinin inkişafına həmişə böyük əhəmiyyət verib, bu dəstəyin polisin fəaliyyətində hər zaman vacib, əsas amillərdən biri olduğunu qeyd edilib. Cinayətkarlıqla mübarizə, təhlükəsizliyin təmini bütün cəmiyyətin marağında olduğundan və hər bir şəxsin mənafeyinə toxunduğundan bu işdə hüquq-mühafizə orqanlarına yardım göstərilməsi, dəstək verilməsi ilk növbədə onlar tərəfindən bir vətəndaşlıq borcu anlamına gəlir. Təbii ki, bu işdə fərqlənən vətəndaşlar aidiyyatı üzrə polis orqanları rəislərinin təqdimatına uyğun olaraq DİN rəhbərliyi tərəfindən mükafatlandırıla və ya rəğbətləndirilə bilərlər".

AzNews.az