Madonna 35 yaş kiçik sevgilisi ilə görüntüləndi

16 Dekabr 2019 13:05 (UTC+04:00)

Pop ulduz Madonna rəqqas Ahlamalik Vilyams (Ahlamalik Williams) ilə balkonda səmimi bir şəkildə görüntülənib. Həmin zaman Madonnanın qızı Lourdes və qızının sevgilisi də yanlarında olublar.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, pop divası, 61 yaşlı Madonnanın Mayamidə qaldığı hotelin balkonunda çəkilən görüntüsü onun özündən 35 yaş kiçik Vilyams ilə sevgili olduğu xəbərini təsdiqləyib.

Qeyd edək ki, Madonnanın adı son 6 ildir rəqqaslar və kliplərində oynayan modellərlə çəkilir. 2013-də 33 yaşlı fransız rəqqas Brahim Zaibat, 2014-cü ildə 32 yaşlı hollandiyalı Timor Steffens ilə eşq yaşayıb.

Səidə Vahid

AzNews.az