Bu həftə Moskvada havanın temperaturu 140 ilin rekordunu vuracaq

16 Dekabr 2019 12:50 (UTC+04:00)

Moskvada havanın temperaturunun rekord dərəcəyə qalxacağı gözlənilir.

Moskva Meteoroloji Bürosunun məlumatına görə, bu həftənin ortalarında Rusiya paytaxtında müsbət 5 dərəcə isti olacaq. Bu, 140 il ərzində ən yüksək göstəricidir. İsti hava bütün həftəni davam edəcək.

Meteoroloqların rəyinə görə, Moskvada hazırkı hava şəraiti oktyabrın ayına uyğundur.

AzNews.az