Azərbaycan Yazıçılar Birliyinin 85 illik yubileyi keçiriləcək

16 Dekabr 2019 14:54 (UTC+04:00)

Dekabrın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) 85 illik yubileyi keçiriləcək.

Bu barədə AYB-nin katibi Rəşad Məcid məlumat verib. O, yubiley mərasiminin Azərbaycan Dövlət Opera və Balet Teatrında keçiriləcəyini bildirib:

“Mərasimdə xarici qonaqlar iştirak etməyəcək. Xarici qonaqların qurultaya gəlməsi gözlənilir”.

R .Məcid qurultayın 2020-ci ildə keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, AYB 1934-cü il, iyunun 13-də yaradılıb.

AzNews.az