Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı açıqlandı

16 Dekabr 2019 16:23 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb edilən şəxslərin sayı 10 600-ə çatıb.

AzNews.az xəbər verir ki, onlardan 2345 nəfəri əlilliyi olan şəxslər, 1835 nəfəri məcburi köçkünlər, 479 nəfəri ünvanlı sosial yardım alanlar, 257 nəfəri şəhid ailəsi üzvləri, 133 nəfəri isə cəzaçəkmə müəssisəsindən azad edilənlərdir.

Proqram iştitakçılarından böyük əksəriyyəti artıq biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təmin edilib.

Səidə Vahid

AzNews.az