Tale Heydərov Türkiyədə nazirlə görüşdü

23 May 2013 12:05 (UTC+04:00)



ANS PRESS-in Egemen Bağışın "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, Avropa Azərbaycan Cəmiyyətinin (AAC) İstanbuldakı nümayəndəliyinin açılış mərasiminə AAC-nin sədri Tale Heydərov və Türkiyənin Avropa Birliyi naziri ilə yanaşı bir sıra dövlət rəsmiləri də qatılıblar. Tale Heydərov Egemen Bağışa üzərində Azərbaycan xəritəsi əks olunan hədiyyə də təqdim edib.

Türkiyəli nazir həmin tədbirin fotosunu sosial şəbəkədə də paylaşıb.

AzNews.az