“Brexit”lə bağlı qanun layihəsinə dekabrın 20-də baxılacaq

16 Dekabr 2019 21:58 (UTC+04:00)

Britaniya parlamenti "Brexit"lə bağlı qanun layihəsinə 20 dekabrda baxmağı planlaşdırır.

"BBC"nin verdiyi xəbərə görə, bu haqda Böyük Britaniyanın Baş Naziri Boris Consonun rəsmi nümayəndəsi məlumat yayıb.

O bildirib ki, qanun layihəsinə Milad bayramından öncə baxılması planlaşdırılır.

Qeyd edək ki, "Brexit"lə bağlı bu qanun layihəsinə görə, Britaniya 31 yanvar tarixində Avropa İttifaqından çıxmalıdır.(apa.az)

AzNews.az