Litvada “Böyük Çin fənərləri” adlı festival keçirildi

17 Dekabr 2019 09:16 (UTC+04:00)

Litvanın tarixi Pakruoyis şəhərində gecə saatlarında səmanı işıqlandıran “Böyük Çin fənərləri” adlı festival təşkil olunub.

Baltikyanı ölkələr arasında ilk dəfə keçirilən festival yanvarın 5-dək davam edəcək.

Festival iştirakçılarına Çin ipəyindən düzəldilmiş, hər biri ipək fənərlərdən ibarət olan 20-dən çox işıq instalyasiyası təqdim olunub.

İşıq instalyasiyaları uca məbədlər, Afrikanın vəhşi təbiət mənzərələri və rəngarəng əjdahalar şəklində olub.

AzNews.az