Tramp bu həftə Əfqanıstanla bağlı bəyanat verəcək

17 Dekabr 2019 09:48 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp bu həftə Amerika ordusunun gələn il Əfqanıstandan çəkiləcəyini elan edəcək.

AzNews.az “Daily Mail”ə istinadən xəbər verir ki, bunu senator Lindsi Qrem Əfqanıstanın paytaxtı Kabildə deyib.

O, D.Trampın əsgərlərin sayını 12 000-dən 8 600-ə qədər azaldacağını bildirib.

Senator Amerikanın Əfqanıstandan çəkilməsinin şərtlərə əsaslanmalı olduğunu vurğulayıb. Qeyd edib ki, Taliban danışıqlar zamanı verdiyi sözlərə əməl etməlidir.

Xatırladaq ki, ABŞ və Taliban arasında son vaxtlar başlayan sülh danışıqları ötən həftənin çərşənbə günü Kabilin şimalında, Baqram aviabazasının ətrafına edilən hücumdan sonra yenidən dayandırılıb.

Hücum zamanı iki Əfqanıstan vətəndaşı həlak olub, 70 nəfər yaralanıb. ABŞ-ın beş əsgəri yüngül xəsarət alıb.

Qeyd edək ki, ABŞ-ın adı açıqlanmayan sabiq məmurunun sözlərinə görə, Tramp məsləhətçilərinə, 2020-ci ilin noyabr seçkilərinə qədər bütün qoşunları Əfqanıstandan çıxarmaq istədiyini deyib.

Pərvanə

AzNews.az