Facebook-dakı qadına görə öz arvadını öldürdü

23 May 2013 12:43 (UTC+04:00)
Türkiyənin Aydın şəhərində, iddiaya görə, Facebook-da bir qadınla tanış olan kişi arvadı tərəfindən izlənərək ərinin başqa qadınla danışdığını görüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, öz etirazını bildirərək qışqır-bağır salan arvad əri tərəfindən döyülüb.

Döydükdən sonra hirsi soyumayan 42 yaşındakı Hüseyn Qazi arvadını nəfəsi kəsilənədək boğaraq öldürüb.

AzNews.az