Gürcüstanın baş naziri şüşə divara çırpıldı

17 Dekabr 2019 19:41 (UTC+04:00)

Tbilisidə bu gün keçirilən Gürcüstanın xarici ölkələrdəki səfirlərinin illik konfransında kuryoz hadisə yaşanıb.

Tədbirdə iştirak edən Gürcüstanın baş naziri Giorgi Qaxaria toplantı zalını tərk etmək istəyib.

Bu zaman o, şüşədən olan divarı sezməyərək ona başı ilə yüngül çırpılıb. Jurnalistlərin bu hadisəni müşahidə etməsini görən hökumət başçısı gülümsəyib.(report.az)

AzNews.az