Müğənni geyimi ilə təəccübləndirdi

18 Dekabr 2019 10:32 (UTC+04:00)

Türkiyənin “Kəpənək” moda jurnalının müəlliflərindən biri olan “Gardırop Cadısı” müğənni Bülent Serttaşın üslubundan yazıb.

“Evdən çıxanda heç bir həyat yoldaşı, dost, qohum "Bülent nə etdin, belə küçəyə çıxma" demədi?

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, müəllif Bülent Serttaşı tənqid edib:

"Hamı hər şeyi geyinmək məcburiyyətində deyil. Siz klassik və düz parçalardan istifadə etməyə davam edin.

Bülent bəy, qoyun “loqo trendi”ni gənc və uzun boylular izləsin, siz klassik və düz parçalarda qalın. Bu sizin boyunuza uyğun deyil. Boyunuz uzun deyilsə, mütləq dizdən yuxarı geyinməyə üstünlük verin.

Səidə Vahid

AzNews.az