Nümayəndələr palatası Trampa qarşı impiçment ittihamlarını təsdiqlədi

19 Dekabr 2019 09:05 (UTC+04:00)

ABŞ Konqresinin Nümayəndələr palatası Prezident Donald Trampın impiçmenti üzrə iki maddəyə səs verib.

TASS agentliyinə istinadla xəbər verili ki, təxminən 6 saat davam edən müzakirələrdən sonra 230 konqresmen birinci maddənin - Amerika administrasiyasının hazırkı rəhbərinin vəzifədən sui-istifadəsinin lehinə, 197-si əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb.

Həmçinin 229 konqresmen ikinci maddə - konqresin təhqiqatına maneə olmaq maddəsi üzrə səs verib, 198-i buna qarşı çıxıb, bir nəfər bitərəfliyini qoruyub.

Bundan sonra ittiham aktı məhkəməyə təqdim olunacaq və ABŞ Ali Məhkəməsi qərarını verəcək. Nümayəndələr Palatası bu prosesdə ittihamçı qismində iştirak edir.

AzNews.az