Bəzi ölkələrdə "Google", “Youtube”, “Gmail” işləmir

19 Dekabr 2019 12:29 (UTC+04:00)

Dünyanın bəzi ölkələrində, o cümlədən Türkiyə və Yaponiyada "Google" sistemi, “Youtube”, “Gmail”, “Google Analytics” platformaları işləmir.

“CNNTurk”ə istinadən xəbər verilir ki, platformaların fəaliyyətində problem yaranıb.

Oxşar problemlə Azərbaycanın bəzi internet istifadəçiləri də üzləşiblər.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. (Report)

AzNews.az