Sıla yanvarda onunla evlənəcək

19 Dekabr 2019 14:39 (UTC+04:00)

Məşhur türk müğənnisi Sıla ilə Hazer Aman maşının içində səmimi bir şəkildə yatan zaman kameralara düşmüş, sevgili olduqları məlum olmuşdu.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin “Kanal D” kanalında yayımlanan “2. Sayfa” verilişinin xəbərinə görə, məşhur aşpaz Hazer Amani ilə Sıla yanvar ayının ikinci həftəsi Romada evlənəcəklər.

Nikahda cütlüyün ailələri və yaxın dostları iştirak edəcək.

Qeyd edək ki, cütlük nikah üçün 130 min lirə xərcləyəcəyini bildirib.

Səidə Vahid

AzNews.az