Pompeoya yeni müavin gətirildi

20 Dekabr 2019 10:15 (UTC+04:00)

ABŞ Senatı Stiven Biqanın Dövlət katibinin birinci müavini təyin edilməsini dəstəkləyib.

Biqanın namizədliyinin lehinə 90 senator səs verib.

Dövlət katibinin birinci müavini Con Sallivan Rusiyaya səfir göndərilib.

Qeyd edək ki, Biqan ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi olub.

AzNews.az