"Nəsimi" filminin yeni versiyası hazırlanıb

20 Dekabr 2019 10:43 (UTC+04:00)

Görkəmli Azərbaycan rejissoru Həsən Seyidbəylinin “Nəsimi” bədii filminin yeni versiyası hazırlanıb.

AzNews.az xəbər verir ki, 1973-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nəsimi” bədii filminin yeni versiyası hazırdır. Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Balans” milli rəqəmsal studiyasında bərpa edilib.

Bu gün saat 19:00-da Nizami Kino Mərkəzində “Nəsimi ili”nin qeyd olunması tədbirləri çərçivəsində “Nəsimi” bədii filmi yenilənmiş versiyada tamaşaçılara təqdim olunacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az