İlham Əliyev Paşinyanla bu gün görüşəcəkmi? - İrəvandan açıqlama

20 Dekabr 2019 11:35 (UTC+04:00)

Sankt-Peterburqda Nikol Paşinyanla İlham Əliyevin görüşü planlaşdırılmayıb.

Bunu Paşinyanın mətbuat katibi Vladimir Karapetyan deyib.

O, tərəflər arasında görüşün olmayacağını, amma liderlərin rəsmi şam yeməyinə qatılacağını söyləyib.

Qeyd edək ki, bu gün Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək. (Axar.az)

AzNews.az