İrandan BMT-nin qərarlarını qeyd-şərtsiz yerinə yetirməsi tələb edilməməlidir - Rusiya təmsilçisi

20 Dekabr 2019 11:41 (UTC+04:00)

İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) “Birgə Hərtərəfli Fəaliyyət Planı”nı təsdiqləyən 2231 saylı qətnaməsinin qaydalarını pozduğu üçün ABŞ-a cavab vermək hüququna malikdir.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib.

O bildirib ki, heç kəs İrandan ABŞ-ın pozduğu BMT TŞ-nin qərarlarını qeyd-şərtsiz yerinə yetirməsini tələb etməməlidir.

"İranın BMT Nizamnaməsini və 2231 saylı qətnaməsini pozduğu üçün “Birgə Hərtərəfli Fəaliyyət Planı”nın 36-cı maddəsi ilə nəzərdə tutulmuş ABŞ-a cavab vermək hüququ var”, - deyə V. Nebenzya vurğulayıb.

Rusiyanın daimi nümayəndəsi qeyd edib ki, İran nüvə öhdəliklərini azaltmaqla bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyini (MAQATE) xəbərdar edib və bu, agentliyin müfəttişlərinin nəzarəti altında həyata keçirilir.

“Bütün bu tədbirlər çox məntiqi şəraitdə - BMT-nin Nizamnaməsi və “Birgə Hərtərəfli Fəaliyyət Planı” üzrə öhdəliklərin yerinə yetirilməsi ilə ləğv edilə bilər", - rusiyalı diplomat bildirib.

Pərvanə

AzNews.az