- Kim deyir ki, Azərbaycanda stund up yoxdur, çağırsınlar məni, gedim onlara danışım. İndi Yeni il ərəfəsidir, ən böyük şirkətlərin korporativ tədbirlərinə gedib stund up danışıram. Məni heç vaxt heç kim heç kimə bənzətmir. Onlar bilir ki, səhnədə Elcan Rəsulov danışır və bu, mənim öz üslubumdur. Dünyada tanınan stund up-çıların heç birinə baxmıram, heç mənə maraqlı da deyil ki, onlar nə danışırlar. Ona görə ki, birdən özüm də bilmədən oradan nəsə beynimin alt qatına hopmuş olar, kiməsə danışaram. Ona görə də onların çıxışlarını izləmirəm və mənə maraqlı deyil. Hərə öz qabına və beyninə uyğun şəkildə gülüş yaradır. Eyni əhvalatı siz danışarsınız, gülməli olmaz, mən fərqli danışaram, gülməli olar. Bəs onda bu insanlar nəyə gülür?
- Elcan Rəsulovun danışdığı əhvalatlar niyə gülməlidir?
- Yumor reallıqdan yaranır. Bir də əsas məsələ, gərək gündəm üzərindən çalışasan. Hər gün bu yumor yenilənir. Sənin bir həftə qabaq yazdığın bir həftə sonra kiməsə maraqlı olmaya bilər. Belə məqamlara diqqət etmək lazımdır. Bunun da bir yolu var, hər gün maraqlanmaq, hər gün oxumaq.
- 2019-cu ilin son həftələrini yaşayırıq. Geridə qoyduğumuz bu ili sizin üçün uğurlu hesab etmək olarmı?
- 2019 o qədər də uğurlu il olmadı mənim üçün. Düzdür, yeni işlər, yeni layihələr təqdim etdim. Ancaq buna baxmayaraq, ilin əvvəlində qarşıma qoyduğum daha böyük məqsədlər var idi ki, onlar həyata keçmədi. İstəyirəm ki, o arzular 2020-ci ildə həyata keçsin.
- 2020-ci ildən gözləntiləriniz nələrdir?
- 2020-ci ildən gözləntilərim çoxdur. İstəyirəm, yeni ildə əməkdar artist adına layiq görülüm. Bunun üçün də daha çox çalışacam. Sosial şəbəkələrdə bir az da aktivləşib, insanlara daha da yaxınlaşacam. Televiziya layihələrində geniş və uğurlu şəkildə təqdim olunmağı da hədəfləyirəm.