“BTQ layihəsi yük daşımaların artması ilə bağlı çağırışlara cavab verir”

20 Dekabr 2019 23:50 (UTC+04:00)

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava parlamentdə “nazir saatı” formatında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, yanvar-noyabr aylarında Batumi və Poti limanlarında emal edilən konteynerlərin sayı illik müqayisədə 43% artıb.

N.Turnava hesabat dövründə dəmir yolları vasitəsilə daşınan yük konteynerlərinin sayında 35% artımın olduğunu qeyd edib.

O deyib ki, bu artım Gürcüstanın liman və nəqliyyat infrastrukturu üçün yeni çağırışlara səbəb olur: “Biz bu çağırışlara irimiqyaslı infrastruktur layihələr, həmçinin dəmir yollarının modernləşdirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb sürət avtomagistralı layihələri ilə cavab veririk”.

Nazir həmçinin bildirib ki, Anaklia dərin dəniz limanı layihəsi aktuallığını itirməyıb: “Gürcüstan hökuməti bu layihənin yaxın illərdə həyata keçirilməsi üçün əlindən gələni edəcək”.(report.az)

AzNews.az