Bu il Azərbaycanda metanol istehsalı kəskin artıb

21 Dekabr 2019 10:32 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 331,8 min ton metanol (metil spirti) istehsal edilib.

AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcm ötən ilin müvafiq dövründən 98,8% çoxdur.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR

Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib.

Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

SOCAR-ın məlumatına görə, bu ilin 11 ayında şirkətin ixrac etdiyi məhsullar sırasında metanolun ixrac payı 21%-dən yuxarıdır. “SOCAR Methanol” zavodu istehsal olunan məhsulun 95%-ni ixraca yönəldir.

AzNews.az