Amnistiya qərarı indiyədək 642 məhkuma tətbiq edilib

23 May 2013 17:45 (UTC+04:00)
Milli Məclisin 07.05.2013-cü il tarixli amnistiya qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün amnistiya qərarı Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə daha 150 nəfər məhkuma şamil edilib.
Qəbul olunmuş qərarlar əsasında mayın 23-dək amnistiya qərarı Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 642 nəfər məhkuma tətbiq edilib.

Amnistiya qərarının icrası Penitensiar Xidmət üzrə təşkil edilmiş komissiyanın, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin, eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir.
Amnistiya qərarının icrası davam edir.

AzNews.az