Hindistandan Rusiyaya uçan təyyarə Bakıda təcili eniş edib

21 Dekabr 2019 15:09 (UTC+04:00)

Hindistanın Qoa ştatından Moskvaya uçan Rusiyanın "Azur Air" aviaşirkətinin sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib.

Hadisə nəticəsində zərərçəkən yoxdur.

İlkin məlumata görə, təyyarədə bir neçə generator sıradan çıxıb.

"Mütəxəssislər təyyarəyə baxış keçirir", - polisdən bildirilib. (Report)