Nüvə probleminin həll yolu ABŞ-ın müqaviləyə qayıtmasıdır - Ruhani

21 Dekabr 2019 19:19 (UTC+04:00)

İranın nüvə proqramı ilə bağlı probleminin yeganə həll yolu ABŞ-ın müqaviləyə qayıtmasıdır.

Bu sözləri Yaponiyada səfərdə olan İran Prezidenti Həsən Ruhani deyib.

O bildirib ki, ABŞ daxil olmaqla, 7 dövlət razılıq əldə edib və müqavilə imzalayıb. Hamı bu müqavilənin şərtlərinə əməl etdiyi halda, ABŞ heç bir səbəb göstərmədən birtərəfli qaydada müqavilədən çıxıb.

Həsən Ruhani bəyan edib ki, indi problemin yalnız bir həll yolu var, o da ABŞ-ın müqaviləyə geri dönməsidir. “Biz ABŞ ilə danışıqlar aparılmasında maneə görmürük, lakin rəsmi Vaşinqton doğru yolda deyil”, - deyən İran Prezidenti əlavə edib ki, iqtisadi sanksiyalar gec–tez aradan qaldırılacaq. Belə davam edə bilməz.

Qeyd edək ki, İranla bağlı vəziyyət 2018-ci ildə rəsmi Vaşinqtonun Tehran ilə “altılıq” adlanan Avropa dövlətləri arasında 2015-ci ildə imzalanan müqavilədən çıxmasından sonra gərginləşməyə başlayıb.

AzNews.az