Polis İTV- nin 2 əməkdaşını saxladı

23 May 2013 19:53 (UTC+04:00)
Rusiya İctimai Televiziyasının iki əməkdaşı Soçidə narkotika saxladıqları səbəbindən həbs edilib. Bu barədə məlumatı Soçinin hüquq-mühafizə orqanları verib.

Saxlanalardan biri, müxbir Nikolay Yarst saxlanmamışdan əvvəl jurnalistlərə bildirib ki, çəkiliş qrupu ilə bərabər gedərkən polis maşını saxlayıb: "Maşında axtarış apardılar və dedilər ki, bir paket tapıblar".

Paket ekspertizaya, İTV-nin əmkdaşları isə dispanser müayinəsinə göndərilib. Hələlik hadisənin təfərrüatları İTV rəhbərliyinə də məlum deyil. Televiziyanın direktoru Anatoli Lısenko hadisə barədə bilmədiyini söyləyib.

Elnarə
AzNews.az