Bura Osmanlının doğulduğu yerdir - Yıldırım

23 Dekabr 2019 09:55 (UTC+04:00)

Biz heç vaxt yoldan çıxmadıq. Bəziləri maraqlarının bitdiyi yerdə dayanacaqda düşüb. Allah salamat eləsin. Biz də eyni qətiyyətlə yolumuza davam edəcəyik.

Bunu AKP-nin millət vəkili Binəli Yıldırım bildirib.

"Bu milləti sevirik. Rəcəb Tayyib Ərdoğanın yanında bu qutlu yolu davam etdirəcəyik. Ətrafımızda olan 1,5 milyard insanın məsuliyyətini daşıyırıq. Suriya, İraq, Qətər və yaxın coğrafiyada olan bütün problemlər bizi maraqlandırır. Çünki bura Türkiyə, bura Osmanlının doğulduğu yerdir", - Yıldırım qeyd edib. (Axar.az)

AzNews.az