Qubada yol qəzası qeyda alındı, ölənlər var

23 May 2013 20:34 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı-Quba yolunun 34-cü kilometrliyində "VAZ" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobili toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, hadisə zamanı "VAZ" markalı minik avtomobilinin sürücüsü 1956-cı il təvəllüdlü Məmmədov Sahib Əli oğlu, sərnişinlər, 1941-ci il təvəllüdlü Cəbiyev Xanbulu İbiş oğlu və 1968-ci il təvəllüdlü Allahaverdiyev Səməd Əli oğlu həlak olublar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:40-da başa çatıb.

AzNews.az