Çavuşoğlu Lavrova zəng etdi

23 Dekabr 2019 22:35 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nаzirliyinin xəbərində bildirilir.

Qeyd edilir ki, tərəflər Suriyaya humanitar yardım məsələsini müzakirə ediblər. Telefon danışığında həmçinin Liviyada vəziyyətin sabitləşməsi üzrə səy göstərilməsi də diqqət mərkəzində olub.

"Xarici siyasət idarələrinin başçıları Suriya Ərəb Respublikasının əhalisinə humanitar yardımın göstərilməsi də daxil olmaqla, sülh prosesinin nizamlanmasını, Liviyada vəziyyətin sabitləşməsinə kömək üçün iki ölkənin qarşılıqlı təsiri perspektivlərini müzakirə ediblər", - deyə xəbərdə bildirilir.

Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.(report.az)

AzNews.az