Binəqədi və Biləcəri əhalisi susuz qalıb- "Azərsu"dan açıqlama

24 Dekabr 2019 10:09 (UTC+04:00)

Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsində içməli suyun verilməsi dayandırılıb.

"Azərsu" ASC-dən AzNews.az-a verilən məlumata görə, buna səbəb Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində qəza baş verməsidir:

“Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb. "Azərsu" ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir, qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür”.

Bahar RÜSTƏMLİ

AzNews.az