Kann festivalında dördüncü oğurluq

24 May 2013 06:40 (UTC+04:00)
Kann festivalının qonaqları üçün keçirilən gecədə 1,9 milyon dollarlıq boyunbağı oğurlanıb.Oğurluq hadisəsi "Eden Roc" otelində baş verib.

Oğrular brilliantlarla bəzənən boyunbağını ciddi mühafizə olunan zərgərlik evinin vitrinindən aparıblar.

Tədbirdə 800-ə yaxın şəxs iştirak etdiyindən oğrular bu vəziyyətdən məharətlə istifadə ediblər.

Qeyd edək ki, bu artıq Kann festivalında 4-cü oğurluqdur.

Elnarə
AzNews.az