“Dünyada hipersəsli silahın olduğu yeganə ölkə Rusiyadır” - Putin

24 Dekabr 2019 20:09 (UTC+04:00)

“Dünyada hipersəsli silahın olduğu yeganə ölkə Rusiyadır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Müdafiə Nazirliyinin geniş kollegiya iclasında deyib.

“Dünyada unikal bir vəziyyət yaranıb. Rusiyadan fərqli olaraq heç bir ölkədə qitələrarası uzaqlıqda hipersəsli silah mövcud deyil. Qoşunlarda artıq “Kinjal” və “Peresvet” hipersəsli komplekslər döyüş növbəsi aparır. Qitələrarası hipersəsli “Avanqard” kompleksinin birinci bölüyünün təminatına başlanılıb. “Sarmat” və “Tsirkon” raketlərinin, nüvə mühərrikli qanadlı “Buravestnik” raketlərinin üzərində iş plan üzrə gedir”, - deyə Rusiya Prezidenti vurğulayıb.(apa.az)

AzNews.az