ABŞ-da oteldə partlayış - 10 nəfər...

24 Dekabr 2019 22:18 (UTC+04:00)

ABŞ-da oteldə partlayışla nəticələnən yanğın olub.

Bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, hadisə Nyu-Qempşir ştatında, Lebanon şəhərində qeydə alınıb. Hadisə zamanı 10 nəfər xəsarət alıb.

Qeyd edilir ki, xəsarət alanlardan 2-i yanğınsöndürənlər, 8-i otelin kirayənişinlərdir. Onların sağlamlığı üçün hər hansı təhlükənin olmadığı bildirilir.

Otelin 75 kirayənişini digər otelə köçürülüb.(report.az)

AzNews.az