Maşını işıq dirəyinə çırpılan sürücü xəstəxanalıq oldu

24 Dekabr 2019 23:21 (UTC+04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Dədə Dorqud küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü - 1983-cü il təvəllüdlü Məmmədov Ramin Ramiz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az