Trampın seçkiqabağı qərargahının sabiq müşaviri ona qarşı iddia irəli sürdü

25 Dekabr 2019 00:00 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın seçkiöncəsi qərargahının keçmiş müşaviri ona qarşı iddia irəli sürüb.

TASS xəbər verir ki, bu barədə Nyu-York ştatının Cənub dairəsinin federal məhkəməsinin elektron bazasına daxil olmuş materialda bildirilir.

İddia ərizəsindən göründüyü kimi, söhbət Florida ştatının sakini Arlin Delqadodan gedir. O, 2016-cı ilin 1 sentyabrından 2017-ci ilin 20 yanvarına qədər Trampın qərargahında Latın Amerikası mənşəli seçicilərin məsələləri üzrə böyük məsləhətçi işləyib.(report.az)

AzNews.az