Roza bələdiyyə üzvü seçilən oğlundan yazdı

25 Dekabr 2019 09:58 (UTC+04:00)

"Doğrudan da Azərbaycanda demokratiyanın ən böyük göstəricisi gənclərə yaradılmış şəraitdır. Uşaq evində böyüyən, təhsil alan bir uşaq doğrudan da seçkili orqanda təmsil oluna bilər. Gənclərə verilən qiymətə görə möhtərəm Prezidentimizə bir daha minnətdarlığımızı bildiririk"

AzNews.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli sosial şəbəkədə yazıb. Sənətçi övladlığa götürdüyü oğlu Corc Qafarovun bələdiyyə üzvü seçilməsindən bəhs edib:

"Dünən ölkəmizdə keçirilən bələdiyyə seçkiləri zamanı mənəvi oğlum Corc Qafarov Suraxanı Rayon Qaraçuxur Bələdiyyəsinin üzvü seçilib. Ölkəmizdə yaratdığı demokratik seçki abu-havasına, şəraitə görə möhtərəm Prezidentimizə minnətdarlığımı bildirirəm. Məni bir ana kimi sevindirib oğlum. Corc yaradıcılıq uğurları ilə yanaşı, başqa böyük bir siyasi karyerasına başlayıb. Hamı bilir ki, Corc Suraxanıda uşaq evində böyüyüb, bizim ailəmizə daxil olub, təhsil alıb, daha sonra isə təhsilini ali məktəbdə davam etdirib, hərbi xidməti uğurla başa çatdırıb və bu gün yaradıcılıq fəaliyyəti ilə məşğul olur".

Aynur

AzNews.az