Zaqatalada "VAZ" ağaca çırpılıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, rayonun Əliabad qəsəbəsində "VАZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində Gülməmmədov Tural dünyasını dəyişib.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1983-cü il təvəllüdlü Gülməmmədov Tural Məmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bahar RÜSTƏMLİ
AzNews.az