"Forbes" bu il ən çox gəlir əldə edən yazıçının adını açıqlayıb

25 Dekabr 2019 13:50 (UTC+04:00)

Bu il ən çox gəlir əldə edən yazıçı "Harry Potter" və "Lənətlənmiş Uşaqlar" kitabının yazarı şotlandiyalı yazıçı Coan Roulinq (Joanne Rowling) olub.

"Forbes" jurnalı xəbər verir ki, onun illik gəliri 92 milyon dollar olub.

Qeyd edək ki, sonrakı pillələrdə "The President is Missing"(İtirilmiş prezident) kitabının müəllifi Ceyms Patterson və "Becoming" (Mənim hekayəm) avtobioqrafiyasının yazarı ABŞ-ın sabiq Prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama qərarlaşıblar. Onların illik qazancı müvafiq olaraq 70 milyon dollar və 65 milyon dollar olub. (report)

AzNews.az