Bağlı qapı arxasında ölüm- Bakıda
24 May 2013 07:57 (UTC+04:00)
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açaraq daxil olublar. Mənzilə baxış keçirilərkən 1955-ci il təvəllüdlü Zahid Bayram oğlu İsmayılov hərəkətsiz vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə nəticəsində Z.İsmayılovun vəfat etdiyi müəyyən olunub.
Əməliyyat saat 01:34-də başa çatıb.
Elnarə
AzNews.az