Oğuzda velosipedçini maşın vurdu

25 Dekabr 2019 23:02 (UTC+04:00)

Oğuz rayonunda velosipedçini avtomobil vurub.

Hadisə bu gün axşam saatlarında Padar kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Əmrah Vüqar oğlu Yusifovu velosipedlə hərəkətdə olarkən Azad Əli oğlu Tahirov idarə etdiyi "Niva" markalı avtomobillə vurub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az