Gəncədə iki maşın toqquşdu, sərnişin huşunu itirdi

25 Dekabr 2019 23:41 (UTC+04:00)

Gəncə şəhərinin Üzeyir Hacıbəyov küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hərəkətdə olan 20-CB-185 dövlət qeydiyyat nişanlı “QAZ-31” markalı minik maşını 20-EF-357 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobillə toqquşub.

Qəza zamanı “Qaz 31”də olan yaşlı qadın həyəcandan huşunu itirib. Hadisə yerinə Təcilli Tibbi Yardım birqadası və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az