Səməd Vurğun anılacaq
24 May 2013 08:18 (UTC+04:00)
Xalq şairi Səməd Vurğunun vəfatının 57-ci ildönümü ilə bağlı anma mərasimi keçiriləcək. Mayın 27-də baş tutacaq mərasim şairin ev-muzeyinin təşkilatçılığı ilə ərsəyə gələcək.
Muzeyin direktoru, şairin nəvəsi Aygün Vəkilovanın AzNews.az-a verdiyi açıqlamaya görə, şairin məzarı önündə təşkil olunacaq mərasimdə ədəbiyyat, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və ədibin yaxınları iştirak edəcək.
Bahar Rüstəmli
AzNews.az