Fransada Milad ibadəti zamanı 19 nəfər dəm qazından zəhərləndi

26 Dekabr 2019 09:56 (UTC+04:00)

Dekabrın 25-də Fransanın Uaz departamentinin Karlepon şəhərində 19 nəfər dəm qazından zəhərlənib.

Hadisə Klerponun Sent-Elua kilsəsində Milad ibadəti zamanı baş verib.

Hadisədən sonra kilsədə olan 200-ə yaxın insan təxliyə edilib.

Onlardan 19 nəfərin vəziyyəti ağır olduğu üçün onlar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi araşdırılır.

AzNews.az