Ələkbərov Rusiyanın ən uğurluları arasında – SİYAHI

26 Dekabr 2019 12:51 (UTC+04:00)

“Forbes” jurnalı 2019-cu ildə Rusiyanın ən çox gəlir əldə edən milyarderlərinin reytinqini tərtib edib.

Siyahıda ilk pilləni Vladimir Potanin tutub.

O, cari ildə 8 milyard dollar gəlir əldə edərək, sərvətini 23,8 milyard dollara çatdırıb. Ondan sonrakı yerdə Leonid Mixelson və Vahid Ələkbərov qərarlaşıb.

Ələkbərov sərvətini 5,3 milyard dollar artıraraq 23,8 milyard dollara yüksəldib. (axar.az)

AzNews.az