"Qalatasaray" bu futbolçu ilə razılığa gəldi

26 Dekabr 2019 16:47 (UTC+04:00)

İkinci yarımil üçün yaxşı bir heyət qurmaq istəyən “Qalatasaray” transfer işlərini davam etdirir.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, bu istiqamətdə siyahısındakı şəxslərlə görüşlərini davam etdirən komanda artıq ilk transferi ilə razılıq əldə edib.

“A Spor”un verdiyi məlumata görə, “Qalatasaray” “Eskişehirspor”dan Jesse Sekidikayla razılığa gəlib.

Sekidikanın “sarı-qırmızılı” qrupun Floryada başlayacaq oyunlarına qatılacağı bildirilib.

Səidə Vahid

AzNews.az