“Zaminbank” Beynəlxalq konfransa baş sponsor oldu

24 May 2013 08:43 (UTC+04:00)


Bu barədə AzNews.az-a bankın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, konfrans bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində Bank "Finansı i Kredit" (Ukrayna, Kiyev) və "Avers" beynəlxalq pul köçürmələr sisteminin təşkilatçılığı ilə keçirilir.

Konfransın əsas mövzuları pul köçürmələri bazarlarının müasir tendensiyaları, bank metalları və sikkələr, nəğd valyuta bazarları və digər bir sıra aktual məsələlərdir.

Konfransda Ukrayna və MDB ölkələrinin maliyyə qurumlarının 150-dən artıq nümayəndələrinin iştirakı gözlənilir.

AzNews.az